2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Londonda “Brexit” əleyhdarlarının etiraz aksiyası olub


İngiltərənin Avropa Birliyindən (AB) ayrılma (Brexit) qərarına Londonda yürüş keçirən minlərlə adam tərəfindən etiraz edilib. “Avropa üçün birləşin” adlı nümayişə hər yaş qrupundan çoxlu sayda adam qatılıb. Nümayişçilər paytaxtın ən böyük parklarından olan “Hyde Park” yaxınlığında toplanıb.

Etiraz üçün ölkənin fərqli şəhərlərindən paytaxta gələn AB tərəfdarlarının axını şəhərin məşhur Trafalgar meydanı ilə Baş nazirlik binası qarşısından keçərək, tarixi İngilis Məclisinə qədər gedib. İştirakçılar yürüş boyunca əllərində AB bayraqları və üzərində “AB mənim gələcəyim”, “Brexit gələcəyimi çaldı” və “Mən həm britanyalı, həm avropalıyım” yazılı plakatlar daşıyıb. İştirakçılar “Brexit” qərarına qarşı da “Brexit’i istəmirik” və “Birlikdə daha güclüyük” kimi şüarlar səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Nümayişçilər Məclis meydanında dayanaraq, çərşənbə günü baş verən terror hücumunda həyatını itirənləri bir dəqiqəlik sükutla yad edib.

 

azadliq.info

Oxunub: 12



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button