2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Lukaşenkanın bəyanatı Ermənistan deputatlarını hirsləndirib

Belarus prezidenti demişdi: “Ermənistanın gedəsi başqa yeri yoxdur. Siz elə bilirsiniz ki, onlar kiməsə lazımdırlar? ”

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan parlamentinin deputatları Belarusun başçısı Alyaksandr Lukaşenkanın Ermənistanın “yeni ittifaq dövlətində” mümkün iştirakına dair dedilklərinə acıqlı reaksiya veriblər.

Lukaşenka Rusiya televiziyasının aparıcısı Vladimir Solovyova müsahibəsində keçmiş sovet respublikalarının Rusiya-Belarus ittifaqına mümkün qoşulmasından danışmışdı.

O Ermənistan barədə danışarkən demişdi:

“Ermənistanın gedəsi başqa yeri yoxdur. Siz elə bilirsiniz ki, onlar kiməsə lazımdırlar? Onlar gördülər də…Nikol Vovayeviç gördü də…”

“Minsk hava limanına getsin”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Lukaşenkanın bu qaba şərhinə Ermənistan XİN-in sözçüsü Vaan Unanyan təmkinli cavab verib:

“Biz əminik ki, Belarus prezidentinin özünəməxsus geosiyasi təhlili ilk növbədə onun ölkəsindəki daxili siyasi gündəliyə xidmət edir və Ermənistana və Ermənistanın xarici siyasətinə heç bir dəxli yoxdur”.

Azatutyun yazır ki, deputatlar Lukaşenkanın bəyanatlarını parlamentdə müzakirə ediblər. Bu mənada hakim “Vətəndaş müqaviləsi” partiyasından olan millət vəkilləri də istisna təşkil etmirdilər.

Hakim partiyadan millət vəkili Ovik Aqazaryan deyib:

“Lukaşenka və Marqarita Simonyan kimiləri öz fəaliyyətləri ilə Rusiya hakimiyyətinə və dövlətçiliyinə ayı xidməti göstərirlər. Belə dəyərləndirmələr verməkdənsə, Lukaşenka qoy daha çox donuz damına oxşayan Minsk hava limanına baş çəksin”.

“Ruslardan soruşun”

Lukaşenkanın bəyanatına iki ölkənin parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Vaqarşak Akopyan da münasibət bildirib.

O deyib ki, partnyor ölkənin başçısı öz partnyoru barədə belə bəyanatlar səsləndirməməliydi.

Robert Koçaryanın Hayastan parlament fraksiyasından Artur Xaçatryan deyib ki, Belarus prezidentinin belə danışmasına və belə ürəkbulandıran bəyanatlar səsləndirməsinə indiki hakimiyyətin siyasəti rəvac verib:

“2020-ci ildə azərbaycanlılar Caylaqqala və Hin Tağlara soxulanda biz baş nazirin ovaxtkı mətbuat katibindən nə baş verdiyini soruşduq. O dedi ki, “ruslardan soruşun”. Sonra azərbaycanlılar Şorca və Qaragöldə Ermənistanın ərazisinə girəndə soruşduq, dedilər ki, “onlarla danışmağa ruslar gediblər”. Əsir məsələsinə baxan iqtidaryönlü deputatlardan biri deyirdi ki, “bu məsələni ruslardan soruşun”. Yəni öz məsuliyyətlərini üçüncü bir ölkənin üstünə qoyublar. Dövlət şüurlu şəkildə ölkənin suverenliyini kiçildib. Əlbəttə ki, Lukaşenka və başqaları bundan istifadə edəcəklər”.

“Azərbaycan ayrıca söhbətdir…”

Lakin deputatların acıqlı reaksiyasına baxmayaraq Ermənistan XİN-in sözçüsü Lukaşenkanın bəyanatı ilə bağlı Minskə nota verilib-verilmədiyi barədə heç nə deməyib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button