2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Lukaşenko: “KTMT Ermənistansız dağılmaz”

O, Yerevana tələsməməyi tövsiyə edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərindən danışıb.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistansız dağılmayacaq”, – o, jurnalistlərə açıqlamasında belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, bununla bağlı Yerevandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.

KTMT-nin Ermənistanın mövqeyinə necə reaksiya verdiyi ilə bağlı suala Lukaşenko: “Tamamilə sakit”, – deyə cavab verib:

“Biz Kazanda prezidentlərlə bu məsələni dolayı yolla müzakirə etdik. Heç kim dəli deyil, biz heç kimi qovmuruq. Həmişə Ermənistanı dəstəkləyirik. Müttəfiqimiz kimi də dəstəkləyəcəyik”.

Lukaşenko Ermənistandakı hakimiyyət sisteminin Belarusdakı idarəetmədən fərqləndiyini deyib.

O əlavə edib ki, Paşinyan təşkilatla bağlı qərar verə bilməz:

“Qərarları orada Parlament qəbul edir. Düşünürəm ki, Ermənistan parlamentində sağlam düşüncəli insanların sayı çoxdur. Ermənistana tələsməməyi tövsiyə edirəm. Nəyisə dondurmağa ehtiyac yoxdur. Sadəcə, Paşinyan emosional bəyanatla çıxış edib”.

Lukaşenko Ermənistanla Azərbaycan arasındakı münaqişəni də xatırladaraq deyib ki, dəfələrlə məsələnin həllinə çağırış etməsi Yerevanın mənfi reaksiyasına səbəb olub:

“Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim yaxın xalqımızdır, əziz xalqımızdır. Azərbaycan yaddırmı?” – Lukaşenko qeyd edib.

Onun fikrincə, KTMT-nin bu münaqişəyə girməsi üçün heç bir səbəb olmayıb.

Ermənistan hakimiyyəti dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.

2023-cü ilin noyabrında Baş nazir Nikol Paşinyan KTMT-nin Minsk sammitində iştirakdan imtina edib.

Bir neçə ay əvvəl müdafiə naziri Suren Papikyan Belarusun paytaxtında keçirilən Müdafiə Nazirləri Şurasının iclasına qatılmayıb.

Həmçinin ötən il Ermənistan hakimiyyəti KTMT sülhməramlı kontingentlərinin “Sarsılmaz qardaşlıq 2023” təlimlərinin respublika ərazisində keçirilməsini məqsədəuyğun saymayıb.

Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dayandırdığını bildirib.

O, Rusiya hakimiyyətinin mövqeyini tənqid edib.

Deyib ki, Rusiya bir neçə ay əvvəl açıq şəkildə Ermənistan əhalisini hökuməti devirməyə çağırıb.

Ardınca Təşkilatın Katibliyi Yerevandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkib.

Katiblik Paşinyanın açıqlamalarını təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməməklə əlaqələndirib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button