SEÇMƏ

Mənim polisim, məni qoruyur? – Bakıda yol polisinin təhlükəli oyunu – VİDEO

Bakı şəhərində yol polisi əməkdaşı xidməti avtomobillə qaydaları kobud şəkildə pozub.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, yol polisi Heydər Əliyev prospektində manevr qaydalarını dəfələrlə pozaraq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Bu zaman həmin xidməti avtomobildə sayrışan işıqlar və səs siqnalı qoşulmayıb. Qayda pozan patrul avtomobili 99-YP-279 dövlət nömrə nişanlı YPX maşınıdır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib.

O, modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, “təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini  diqqətə çatdırıb:

“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənir. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.

DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.

24 saat” “Mənim polisim, məni qoruyur? – Bakıda yol polisinin təhlükəli oyunu – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Yanə yağış yağacaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button