2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhərrəm Əliyev Belarusda səfir kimi çalışmağa başlayıb

Bakı/06.01.24/Turan: Yanvarın 5-də Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynikin Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevlə görüşü olub. Görüşdə Azərbaycan diplomatik missiyasının yeni rəhbəri etimadnaməsinin surətini təqdim edib.

Belarus Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, həmsöhbətlər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, ikitərəfli gündəliyin geniş spektrini müzakirə ediblər.

Qarşıdakı səfərlərin ali və yüksək səviyyədə təşkilinə, qarşılıqlı ticarət-iqtisadi fəaliyyətin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafının yol xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərəflər iki ölkənin strateji tərəfdaşlığı məcrasında münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiklərini təsdiqləyiblər.

Xatırladaq ki, son vaxtlara qədər Məhərrəm Əliyev Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşaviri postunu tutub.-0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button