2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Abzas Media jurnalistinin həbs müddətini 3 ay uzadıb

Martın 7-də Bakının Xətai Rayon Məhkəməsi Abzas Media-nın jurnalisti Elnarə Qasımovanın ilkin həbs müddətini 3 ay – iyunun 13-nə qədər uzadıb.

Vəkil Ayşə Abdel Qadirin Turan-a verdiyi məlumata görə, jurnalistin həbsdə saxlanılması üçün heç bir maddi və prosessual əsas yoxdur. Müdafiə tərəfi məhkəmənin diqqətini alternativ qətimkan tədbirlərinin mövcudluğuna çəkib. Qasımova özü bildirib ki, peşə fəaliyyətinə görə təqib olunur.

Müdafiə tərəfi məhkəmənin qərarından şikayət vermək niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

* Elnarə Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci maddəsi (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunaraq saxlanılıb. Yanvarın 15-də məhkəmə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. O, Abzas Media-nın işi üzrə məsuliyyətə cəlb edilmiş jurnalist və mətbuat işçilərinin altıncısı olub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button