2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məhkəmə AXCP-nin iddiasını mümkünsüz hesab etdi

Nurəddin Məmmədli: “ Bu AXCP-yə qarşı repressiv hərəkətlərin tərkib hissəsidir”

Fevralın 8-də 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsində iddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti üzərinə öhdəliyin qoyulması barədə iddia tələbinə dair məhkəmə hazırlıq iclası keçirilib. Hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçən prosesdə iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edilib.

AXCP qurultaylararası dövr üçün partiyanın ali orqanı olan Ali Məclisin toplantısının keçirilməsinə müvafiq yer ayırması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Bakı şəhər İcra Hakimiyyəti cavab məktubunda onların balansında müvafiq iclas yerlərinin olmadığını qeyd edib.
Bundan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası cavabdeh qismində Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Bakı şəhər İcra hakimiyyəti məktubda adı çəkilən Səttar Bəhlulzadə adına mədəniyyət evinin Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğu üçün iddia tələbinin mümükünsüz hesab edilməsini məhkəmədən xahiş edib.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli azadliq.info-ya məsələ ilə bağlı bunları deyib: “Biz uyğun sayıla bilən zallar içərisində Səttar Bəhlulzadə adına Mədəniyyət evinin kiçik zalı, eləcədə, digər münasib zalların ayrılması göstərmişdik. Bakı şəhər İcra Hakimiyyəti də bizə öz cavabında imtinanın səbəbi kimi, uyğun yerlər olmadığını bildirib. Daha həmin yerin Mədəniyyət və Turizm Nazirliyinə aid olduğunu göstərməyib. Əslində bu AXCP-yə qarşı repressiv hərəkətlərin bir tərkib hissəsidir”.

Nurəddin Məmmədli bildirib ki, AXCP məhkəmənin qərardadından apellyasiya şikayətı verəcək.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button