2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Bəxtiyar Hacıyevin vəsatətlərini təmin etməyib

Bakı/08.01.24/Turan: Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası başa çatıb. İclasa hakim Əli Məmmədov sədrlik edib.

İclas zamanı müdafiə tərəfi iqtisadi cinayətlərdə –”qanunsuz sahibkarlıq”, “cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması”, “qaçaqmalçılıq”, “vergidən yayınma” və “saxta sənədlərdən istifadə” ittiham üzrə cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.

 Vəkil Elçin Sadıqovun sözlərinə görə, bu ittihamlar mənşəyi məlum olmayan anonim “sənədlərə” əsaslanır.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillərin daha bir vəsatəti Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı olub.

Sadıqov qeyd edib ki, Bəxtiyar Hacıyevin daimi yaşayış yeri var, məhkəmədən yayınmaq niyyətində deyil, ölkədən çıxışına qadağa qoyulub, təkrar cinayət törətmə ehtimalı sıfıra bərabərdir.

Hacıyev özü qeyd edib ki, məhkəmə istintaqının predmeti yalnız 221.2.2 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələri ola bilər ki, o bunları da qəbul etmir.  Hacıyev özünü “siyasi girov” adlandırıb.

Məhkəmə, vəsatətlərin heç birini təmin etməyib, mahiyyəti üzrə dinləmələri 19 yanvara təyin edib.

9 dekabr 2022-ci ildə Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunaraq saxlanılıb.

Həmin ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələrlə ittihamlar irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən, işsizlik, icbari tibbi və sosial sığorta üzrə sığorta ödənişlərindən yayınma) maddəsilə ittiham irəli sürülüb.

Bütün ittihamlar saxtalaşdırılıb. Bəxtiyar Hacıyev əmindir ki, həbsin və ittihamların səbəbi hakimiyyətin tənqididir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.- 03B06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button