2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məhkəmə Əziz Orucovu ev dustaqlığına buraxmaqdan imtina edib

Bakı/27.12.23/Turan: Bu gün Səbail Rayon Məhkəməsində Kanal-13 Youtube layihəsinin rəhbəri Əziz Orucovun barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılmasına dair  vəsatətə baxılıb.

Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, müdafiə tərəfi vəsatəti onun ittiham edildiyi hərəkətlərdə cinayət tərkibinin olmaması ilə əsaslandırıb.

Digər tərəfdən, hətta Orucovun cinayət məsuliyyətinə cəlb edilməsi əsaslandırılmış olsaydı belə, istintaq müddətində onu həbsdə saxlamağa ehtiyac yoxdur, vəkil deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin sözlərinə görə, istintaq Orucovun azadlıqda olarkən gizlənə biləcəyinə və ya istintaqa mane ola biləcəyinə dair əsaslı sübutlar təqdim etməyib.

Orucov özü  cinayət işini peşəkar jurnalist fəaliyyətilə əlaqələndirib.

Bayramov əlavə edib ki, Orucov anasının pensiya kartının bloklanmasından hiddətlənib.

Digər vəkil Aqil Layıc Turan-a bildirib ki, məhkəmə prosesi zamanı müdafiəçilərin Orucovla ünsiyyət məxfiliyi pozulub.

Belə ki, mühafizəçilər şüşə qəfəsin qarşısında dayanıblar və vəkillərin Orucovla danışmasına imkan verməyiblər.

Orucov noyabrın 27-də saxlanılıb və Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində tikinti və ya quraşdırma işlərinin özbaşına aparılması) maddəsilə ittiham olunub. Növbəti gün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir.

Əziz Orucov 2017-ci ildə də qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və qanunsuz sahibkarlıq ittihamını ləğv edib. -21B06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button