2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmə Nadir Məmmədovun şikayətini rədd edib

Ali Məhkəmə “Portos” MMC-nin direktoru Nadir Məmmədovun kassasiya şikayətinə baxıb və rədd edib. 

Hakim Nazim Mövsümovun elan etdiyi qərara görə, barəsində kassasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin qərarında hər hansı qanun pozuntusu aşkar edilməyib. 

2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olmuş Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ildə həbs ediliblər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli biliniblər. 

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun da daxil olduğu qrup üzvləri əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Dövlət satınalmaları adı altında dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyiblər. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər, cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pulu leqallaşdırıblar. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunublar. Digər təqsirləndirilən – Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib. 

“Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC “Jurnalistlər binası”nın tikintisində podratçı şirkət olub.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button