2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məktəblərdə istifadə müddəti ötmüş qidalar satılır

Uşaqların məktəbdə qida təhlükəsizliyi

Azərbaycanda “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” pilot layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında sorğuların növbəti mərhələsi yekunlaşıb. Onun təşəbbüskarı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzidir.

Saytların yığılması Saytlarin yigilmasi

Kampaniyada Bakı və Xızı rayonunun orta məktəblərinin V, VII, X sinif şagirdləri iştirak ediblər.

Gənc respondentlərə qidalanma normaları, vərdişləri vəüstünlük verdikləri yeməklər haqqında 60-dan çox sual yer alan anketlər paylanıb. Anketlər Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandan ötrü uyğunlaşdırılmış metodologiyası ilə hazırlanıb. Sorğu nəticələri bu yaxınlarda açıqlanacaq.

Ən çox yayılan məktəbli yeməyi – biskvit, kolbasa…

Bundan əvvəl Gəncə, Göyçay, Saatlı, Lənkəran, Qazax, Qax vəQuba rayonlarında 25 orta məktəbdə analoji araşdırmalar aparılıb. Araşdırmalarda şagirdlərin valideynləri, müəllimlər və məktəblərdəki yeməkxanaların işçiləri də iştirak ediblər. Məlumata görə sorğunun nəticələri mənfi olub.

1400-dən çox respondent arasında 500-dən çox şagird dərslərarası tənəffüslərdə biskvitlə, 450 nəfər kolbasa və ya pendirli buterbrodlarla qidalanmağa üstünlük verir. Bir çox uşaqların məktəbə özləri ilə şüşələrdə su gətirməsi müsbət dəyərləndirilir. Respondentlərin cəmi 4,3 faizi meyvə yeyir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadənin sözlərinə görə, araşdırmaların nəticələri narahatlıq doğurur.

“Meyvədən istifadə kifayət qədər aşağıdır”

“Uşaqların və valideynlərinin sağlam qidalanma haqqında çox səthi məlumatları var. Onlarda yeməklə bağlı zərərli vərdişlər formalaşıb. Meyvədən istifadəyə gəlincə, nəticə kifayət qədər aşağıdır”, o, deyib.

Məktəblərdə istifadə müddəti ötmüş qidalar satılır

Paytaxtın Nizami, Sabunçu, Binəqədi rayonlarından olan valideynlər deyiblər ki, məktəb yeməkxanalarında bəzən istifadə müddəti keçmiş şokoladlar, çipslər, qarğıdalı çubuqları satılır. Müəllimlər özləri valideynlərə uşağın qidalanmasının qayğısına qalmağı məsləhət görürlər.

Mövzu ilə bağlı, hələlik,Təhsil Nazirliyinin,təhsil məüssisələrində uşaqların qidalanması haqqında normativləri təsdiq edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəyini almaq mümkün olmayıb.

Bəs nə etməli?

Ekspertlər məsləhət görür ki, məktəblərdəyeməkxanalara nəzarət gücləndirməlidir. Üstəlik, yeməkxanalarda sanitariya şəraitini qiymətləndirə biləcək valideyn komissiyaları yaradıla bilər. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button