2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətManşetSEÇMƏ

Məmurun “Dubay işi” böyüdü; vəkil “Bandotdel”də dindirildi – Təfsilat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın qardaşı ilə bağlı skandal böyüyür.

24saat.org-un verdiyi məlumata görə, “Dubay işi” üzrə iddiaçı tərəfin vəkili “Bandotdel”də dindirilib.

Martın 13-də vəkil Abdulla Əfəndizadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və onunla profilaktik söhbət aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qırğızıstan vətəndaşı Merim Beyşekeyevanın vəkili olan A.Əfəndizadənin “Bandotdel”də sorğu-sual olunmasına səbəb qırğız müvəkkilinin boşandığı keçmiş əri Davud Bağırovun şikayət etməsi olub.

Merimin azyaşlı qızı Ceyla ABŞ vətəndaşıdır. Amma atası, yəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın qardaşı Davud Bağırov saxtakarlıq nəticəsində uşağa Azərbaycanın doğum şəhadətnaməsini ala bilib.
Vəkilin sözlərinə görə, D.Bağırov 2012-ci ilin sentyabrından 2013-cü ilin martınadək Azərbaycanda olmayıb. Bu fakt rəsmi şəkildə təsdiqini tapıb. A.Əfəndizadə sual edir ki, belə olan halda 2012-ci ilin dekabrında Səbail Qeydiyyat Şöbəsində Ceylanın adına doğum şəhadətnaməsi almaq üçün atası necə imza atıb:

“Dubay şəhər məhkəməsi Merim Beyşekeyevanın uşağını qəyyumluğa götürməsi ilə bağlı iddiasını təmin etməyib. Məhkəmədə cavabdeh tərəfdən çıxş etmiş şahidlər Asel Mamırova, Zarina Jekşenbayeva, Fikrət İsmayılov bildiriblər ki, Merim Ceyla üzərində qəyyumluqda bacarıqsızdır, spirtli içkilər qəbul edir, köhnə dostu Əhmədlə olan münasibətlərinə görə qızının həyatı onu maraqlandırmır.

Şahidlər deyiblər ki, 05.10.2015-ci ildən Merim polis tərəfindən Dubayda başqa kişi ilə tutulmasından sonra uşaq atası Davudun anasının yanında, yəni dövlət sərhədindən kənardadır. Lakin Dubay Apellyasiya Məhkəməsi şahid ifadələrinin doğru olmadığını sübuta yetirib”.

Vəkilin sözlərinə görə, Apelyasiya Məhkəməsinin araşdırmaları nəticəsində Merimin spirtli içki qəbul etmədiyi müəyyən edilib, onun hər hansı kişi ilə münasibəti olmadığı aydınlaşıb: “Hətta qadın maddi çətinlik səbəbindən Dubayda məscidlərin birində 20 gün qalıb. Əvəzində isə şahidlərdən ikisinin spirtli içki aludəçisi olduğu sübuta yetirilib.

Məlum olub ki, Davudun Dubayda biznesi var. Onun Dubayda “Potok General Treding” şirkətində direktor vəzifəsində çalışdığı, Ras-Əl-Xayma şəhərində “Qlobal Marketinq İnvestment” şirkətinin sahibi olduğu, Dubaydakı Bürc Olqanada 1 milyon 500 minlik əmlakı olduğu üzə çıxıb”.
Lakin D.Bağırov qızını anasından qaçırıb və Azərbaycana gətirib, Səbail Rayon Məhkəməsində iddia qaldırıb: “Məhkəmə formal keçirilib və elə ilk prosesdə uşağın atasının xeyrinə qətnamə qəbul edilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button