2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Mən COP 29-da olacağam”: Con Kerri Azərbaycanın iqlimlə mübarizədə rolu, sammitdən gözləntilər və insan haqları baeədə

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Azərbaycan prezidenti ilə söhbətini və Bakıda keçiriləcək COP 29 iqlim konfransında iştirak etmək planını açıqlayıb.

“Mən COP 29-da olacağam və prezident Əliyevlə söhbət zamanı kömək edə biləcəyimiz şeylər haqqında danışdıq”, – Kerri çərşənbə axşamı Vaşinqton Xarici Mətbuat Mərkəzində jurnalistlərə deyib.

Hazırda dünyada hər il 7 milyon insan havanın çirklənmədən ölür. “Bu, istixana qazlarının çirklənməsidir. Biz nə edəcəyimizi bilirik, bu böhrandan qaçmaq üçün yeni texnologiyalarımız var”, – Kerri bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Bakıda keçiriləcək sammitdən nə gözləyir? Turanın müxbirinin bu sualına Kerri deyib ki, o, ənənəvi yanacaqlardan bərpa olunan mənbələrə keçidlə bağlı razılaşma gözləyir. 

O, bunun böyük maliyyə tələb edəcəyini açıqlayıb. İndi buna 100 milyard dollar tələb olunur.

“Sual olunur ki, ölkələr yeni enerji növlərinə keçmək üçün bu ianələri etməyə hazır olacaqlarmı? Yəni, yeni fond yaradılmalı və hər kəs ona sərmayə qoymağa razı olmalıdır. Bu

Bakıda keçiriləcək sammitdə baş verməlidir”, – Kerri bildirib. Turan-ın Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı sualına Kerri deyib ki, Birləşmiş Ştatlar hər bir ölkədə insanlara necə münasibət göstərilməsinə böyük əhəmiyyət verir.

“Birləşmiş Ştatlar diplomatiyamızda ardıcıl olaraq bu məsələləri qaldırıb və mən əminəm ki, biz və digər ölkələr “ədalət” kimi anlayışın həyata keçirilməsini təmin etmək üçün mümkün qədər çox işlər görməyə davam edəcəyik” deyə o, yekunlaşdırıb.

 

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button