2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Mən də nazirlikdən ev istəyirəm, amma vermirlər” – FOTOLAR

İnternat məktəbi məzununun şikayətinə cavab verilmir

“İnternat məktəblərini bitirən kimsəsizlərin mənzil təminatı ilə bağlı Masazır qəsəbəsində sosial binalar tikilib. Binalardan biri yaxın günlərdə istifadəyə veriləcək. Mən də ev istəyirəm”.
Bu sözləri “Bizim Yol”-a Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində böyümüş Vitaliy Maslov bildirib.

Ailəli olan V.Maslov hazırda kirayədə yaşayır. Günəmuzd işləyib, kirayə haqqının verməkdə çətinlik çəkdiyini deyən şikayətçi, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib.
“Müraciətim əsasında nazirliyin sektor müdiri Vüqar Behbudov məni qəbul etdi. Bildirdi ki, mənə ev verilməyəcək. Səbəbini soruşduqda hazırda internat evlərinin birində yaşamadığımı əsas gətirdi. Mən də ona ailəli olduğumu, hazırda kirayədə yaşadığımı və qeydiyyatımın 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə olduğumu bildirdim. O israrla dedi ki, internat evində yaşamadığım üçün mənə ev verilməyəcək”,-deyə V.Maslov bildirdi.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizim Yol”-un əməkdaşı Vüqar Behbudovla əlaqə saxlayıb. O bu barədə danışmaq istəmədiyini deyib.
000
62817
62814

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button