2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Mən hələ Ağ evə dönməzdən öncə Rusiya-Ukrayna müharibəsinə son qoyacağam” – Tramp

[

“Mən Putinə müharibəyə başlayacağı təqdirdə onunla nə edəcəyimizi anladacaqdım və o, buna heç vaxt getməyəcəkdi…”

“Onlar qlobalistlərdir, axmaqdır, biz dünyaya kömək etməliyik, amma ilk növbədə özümüzə kömək etməliyik, çünki ölkəmiz dəhşətli vəziyyətdədir…”

Saytların yığılması Saytlarin yigilmasi

 

Yanvarın 20-də Nyu-Hempşir ştatında seçicilərlə görüşündə ABŞ-ın eks prezidenti Donald Tramp seçkilərdə qələbə qazanacağı təqdirdə Rusiya-Ukrayna müharibəsini hələ inauqurasiya mərasiminədək dayandırmağı vəd edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “CNN-News18” telekanalı məlumat yayıb.

 

“Biz prezident seçkilərini udandan bir qədər sonra, hələ Oval kabinetə daxil olmazdan öncə, mən Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəni bitirəcəyəm. Mən onu nizama salacağam.

 

Mən Putini də, Zelenskini də yaxşı tanıyıram. Biz bunu nizama salacağıq, bunu nizamlamaq lazımdır, orada qan tökülməsini dayandırmaq lazımdır. Biz qətiyyətimiz sayəsində sülhü bərpa edəcəyik”, – Tramp vəd edib.

 

Onu sözlərinə görə, öz tərəfindən Avropaya ABŞ-la bərabər Ukraynaya xərclərini artırmaq lazım gələcək, hazırda bu xərclər müqaisəyəgəlməzdir.

 

“Biz Ukraynaya təxminən 200 milyard dollar xərcləmişik, Avropa isə 20 milyard dollar xərcləyib”, – Tramp deyib.

 

Öz çıxışında ABŞ-ın sabiq prezidenti onunla pezidentliyə namizədlikdə rəqabət aparan Hikki Heylini “sarsaq qlobalist qadın” adlandırıb, çünki onu asanlıqla ələ alıb Ukraynaya yüz milyardlarla dollar göndərmək olar.

 

“Mən də Ukraynaya yardım etmək istəyirəm, amma problem var”, – Tramp qeyd edib.

 

Onun sözlərinə görə, Avropa iqtisadiyyatının miqyası bütün Avropa ölkələri nəzərə alınmaqla ABŞ istisadiyyatı ilə müqayisə edilə bilər.

 

Bu zaman bir çox Avropa dövlətləri NATO-ya vəsaitlər ayırmayıb, ona görə də ABŞ “təkbaşına bütün xərcləri ödəməli olub”.

 

“Bilirsinizmi, onlar qlobalistlərdir, onlar axmaqdır. Biz mümkün qədər dünyaya kömək etmək istəyirik. Lakin biz ilk növbədə özümüzə kömək etməliyik, axı, ölkəmiz dəhşətli vəziyyətdədir”, – Tramp deyib.

 

O, prezidentliyi dönəmində baş vermiş bir hadisədən danışıb. Avropa liderləri ilə görüşlərinin birində o, illərlə müqavilə əsasında nəzərdə tutulduğu kimi NATO-ya maliyyələşmə ayırmayan ölkələri pul xərcləməyə vadar edib.

 

Trampın sözlərinə görə, o, hərbi münaqişə baş verəcəyi zaman Birləşmiş Ştatların onların müdafiəsinə qalxmayacağı ilə təhdid edib. Və, Trampın sözlərinə görə, artıq ertəsi gün adıçəlkilən hökumətlər Şimali Atlantika Alyansına milyardlarla dollar ayırıb.

 

Amerika prezidenti həmçinin bəyan edib ki, Ukraynada heç vaxt müharibə olmamalıdır.

 

“Şəhərlər dağıdılır, insanlar həlak olur və həlak olanların sayı sizə deyilənlərdən xeyli artıqdır. Müharibənin sonunadək həlak olanların sayı daha çox olacaq.

 

Bu, baş verməməlidir, heç kim qətlə yetirilməməlidir. Mən prezident olsaydım, Putinin bunu etmək şansları sıfra bərabər olardı. O, buna getməzdi, mən Putinlə danışmışam, mən bunu bilirəm”, – Tramp əmin edib.

 

O, qeyd edib ki, Ukrayna Putin üçün həmişə başlıca hədəf olub, amma o, bu ölkəyə hücum etmək niyyətində olmayıb.

 

“Çünki mən ona müharibəyə başlayacağı təqdirdə onunla nə edəcəyimizi anladacaqdım və o, bunu heç vaxt etməyəcəkdi”, – Tramp əmin edib.

 

O, həmçinin qeyd edib ki, Putin qonşu ölkəyə qismən Rusiya üçün sərfəli neft qiymətlərinə görə müharibə edib.

 

“Bayden qiymətləri o qədər yüksəldib ki, Putin çoxlu pullar əldə edib. Putin bundan çox qazanıb. Çünki bir barrel üçün qiymət 100 dollardan artıq olub.

 

Mənim dönəmimdə 35-40 civarında olub. 35-40 olanda siz yaşayırsınız, 100 olanda isə siz inanılmaz dərəcədə zənginsiniz”, – Tramp qeyd edib.

 

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button