2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"Mən Putinə baş əyməyəcəyəm" – Bayden

ABŞ prezidenti Co Bayden cümə axşamı axşam Konqresdə çıxış edib.

“Prezident Linkoln və Vətəndaş Müharibəsindən bəri azadlıq və demokratiya indiki kimi təhdid edilməmişdir. Azadlıq və demokratiya həm daxildə, həm də xaricdə təhlükə altındadır. Xaricdə Putin Ukraynanı işğal edir və bütün Avropada və onun hüdudlarından kənarda fəsadlar törədir”, – deyə Bayden bildirib.

“Əgər bu zalda kimsə Putinin Ukraynada dayanacağını düşünsə, sizi əmin edirəm, dayanmayacag. Amma əgər biz Ukraynanı dəstəkləsək və onu müdafiə etmək üçün lazım olan silahlarla təmin etsək, Ukrayna Putini dayandıra bilər”, – deyə prezident əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bayden Respublikaçılar Partiyasının namizədi Donald Trampı qınayıb, onun sözlərini təhlükəli və qəbuledilməz adlandırıb. “Tramp Putinə deyib ki: Nə istəyirsən elə, bu təhlükəli və qəbuledilməzdir”, – Bayden deyib.

“Əgər Birləşmiş Ştatlar indi səhnəni tərk etsə, bu, Ukraynanı təhlükə altına atacaq. Avropa təhlükə altında olacaq, azad dünya təhdid altında olacaq”.

Daha sonra Bayden ABŞ-ın fələstinlilərə humanitar yardımı gücləndirmək planlarını açıqlayaraq Qəzza zolağındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, problemin yeganə real həlli iki dövlətin – İsrail və Fələstinin yaradılmasıdır. “İsrailin təhlükəsizliyini və demokratiyasını təmin edəcək, İsraillə bütün ərəb qonşuları arasında sülhü təmin edəcək başqa yol yoxdur”.

Bayden həmçinin qeyd edib ki, Yaxın Şərqdə sabitliyin yaradılması həm də İrandan gələn təhlükənin qarşısını almaq deməkdir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button