2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mənimsəmədə ittiham olunan polkovnikin məhkəməsi başlayıb

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin keçmiş rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəməsi başlayıb. Rəşad Məlikzadəni ötən ilin sentyabrında DTX həbs edib, ibtidai istintaq da həmin qurumda aparılıb. İstintaqın qənaətinə görə, Rəşad Məlikzadə vəzifədə olarkən dövlətin 9 milyon 369 min manatını mənimsəyib. 

Bu işə Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baxılır. Məhkəmə prosesi başlayan kimi dövlət ittihamçısı hakimə bildirib ki, cinayət işinin materiallarıyla tanış deyil. O, işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Təqsirləndirilən şəxsin vəkilləri etiraz etməyib. 

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. 

Saytların yığılması Saytlarin yigilmasi

Ev dustaqlığı üçün vəsatət 

Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov məhkəmə qarşısında vəsatət qaldıraraq müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib. O, vəsatətini dəymiş zərərin ibtidai istintaq zamanı müvəkkili tərəfindən qismən ödənilməsi ilə əsaslandırıb. Rəşad Məlikzadə vəsatətə belə münasibət bildirib: “Üzərimə düşən ziyanın bir qismini ödəmişəm. Amma sizi əmin edirəm ki, indiyədək azadlıqda olsaydım, o ziyanı indiyədək tam ödəmişdim”. 

Hakim tərəflərin vəsatətlərinə hüquqi qiymət vermək üçün müşavirə otağına yollanıb. Məhkəmə salonuna qayıdanda prokurorun vəsatətinin təmin olunduğunu, müdafiə tərəfinin vəsatətinin isə təmin olunmadığını bildirib. 

R.Məlikzadə mənimsənilən 9 milyon 369 min manat vəsaitin 160 minini ödəyib. 

Qərara əsasən, R.Məlikzadənin həbsdə saxlama müddəti 10 gün uzadılıb. Hazırlıq iclası dekabrın 18-ə təyin edilib. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib. Bir müddətdir ki, bir neçə qrupun ibtidai istintaqı yekunlaşıb və işləri məhkəməyə göndərilib, hazırda məhkəmələr davam edir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button