2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Məşhur Zaqatalski ekologiya nazirinin müavininə nələr dedi ? – Şok ittihamlar

Zaqatalanın Car kənd sakini, tanınmış sahibkar Hacıbəy Zaqatalski yenidən mətbuata müraciət edib. Bir zamanlar məşhur qanqster Hacı Məmmədov işi ilə diqqət mərkəzində olmuş iş adamı yenə də məmur haqsızlığı ilə üzləşib.

Onun 24saat.org-a ünvanladığı müraciətdə deyilir ki, prezidentə dəfələrlə müraciət edib. Məktubda qeyd olunub: “Artıq xeyli vaxtdır cənab prezidentimizə və müxtəlif dövlət orqanlarına bölgəmizdə və şəxsən “Ləzzət” istirahət zonasının “Şəlalə” istirahət zonasına və “Mağara” şəxsli kəndli (fermer) təsərrüfatına qarşı törədilən haqsızlıqlar və misli görünməmiş cinayətlər, məmur özbaşınalıqları, icraolunmaz müqəddəs qanunlar və böhtanlar barədə müraciətlər etmişik.

Bilmirəm məmur özbaşınalığı olan, rüşvətxorluq hökm sürən bir yerdə hamı bir-biri ilə hansı yollasa yaxınlığı olan məmurlardan cinayət barədə yazmağın nə mənası var? Ancaq mənim hələ səbrim tükənməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Axırıncı dəfə böyük hörmətli prezidentimizə cənab İlham Əliyevə müraciət etdim. Aldığım məlumata görə müraciətimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndəriblər.

Mən 15 il meşələri söküb dağıdan Təbii Sərvətlər Nazirliyinin meşə departamentindən cinayət törədən Rövşən Cəlilovdan, Zaqatala meşə idarəsindən faktlarla yazmışam.

Yazdıqlarım sübut olunmasa “Mənə şərlənərək həbs cəzası verilsin” deyə yazmışam. 15 il meşələri dağıdan Rövşən Cəlilov Ekologiya Nazirliyində müavin vəzifəsində işləyir.

Yaxşı cinayət törədən, yaxşı dövlət əmlakını dağıdanlar yuxarı vəzifəyə çəkilirlər. Zaqatalada yağ, pendir zavodunun rəhbəri işləyən Sərxan Əliyev əvvəl Zaqatala Meşə idarəsinin müdiri sonra Meşə departamentinin müavini, sonra səriştəsi artsa daha yüksək vəzifədə işləməlidir.

Siz deyin, cinayetkar məmurlardan yazırsan daha yüksək vəzifəyə çəkilirler, onların törətdikləri cinayetləri faktlarla yazırsan həmən yazını da yoxlamağa onların özlərinin üstünə göndərirlər.

Adi Azərbaycan torpağının övladı şəxsən mən heç nə tam araşdırılmadan heç nə sübut olunmadan fabrikalaşdırılaraq qondarma böhtanlarla külək aparan xəzan yarpağı kimi aparıb atdılar 6 (altı) il türmə həyatı yaşadım.

Heç nə araşdırmadan , 1 nəfərin məcbur edilib, Hacıbəy “Şəlalə” istirahət zonasını zəbt edib sözə görə savadsız dövlət qanunlarını tapdalayan, dövlətçiliyimizi biabır edən Şəki Apellasiya Məhkəməsinin hakimi sifarişlə əmlakımı darmadağın edilməsi üçün hökm çıxartdı.

İndi siz deyin jurnalistlər aləmi Rövşən Cəlilov üzünə və özünün havadarlarına və ona pul daşıyanlara qarşı necə hökm çıxaracaq? Mənim şikayət məktubumu necə araşdıracaq. Hansı cinayətkar məmurdan yazırsan, həmin məktubu araşdırmaq üçün həmən cinayətkar məmurun özünə göndərirlər. Allah bizə səbr versin”.

 

H.Zaqatalski qeyd edib: “Mən dövlətimi də prezidentimizidə sevən, hörmət bəsləyən bir Azərbaycan vətəndaşıyam. Mən Azərbaycan torpağının övladıyam. Mən bütün həyat fəaliyyətimi mərhum prezidentimiz ulu önder Heydər Əliyevin işlədiyi dövrdə keçmişəm. Mərhum prezidentimiz Heydər Əliyev hökumət başına gələndə məndə Krasnodar şəhərindən tütün mütəxəssisliyi oxuyub gəlmişdim.

Mən çörəyi Heydər Əliyevin dövründə tapmışam. Heydər Əliyev dünyasını deyişəndə Zaqatala Aygün Tele şirkəti ehaliden küçələrdə müsahibə alırdılar. Mənə de yaxınlaşdılar mən özümü saxlaya bilməyib xeyli ağladım. Sonra müsahibə verdim. Çünki mən onun rəhbərliyi dövründə çörək tapmışdım. Mən YAP partiyasının üzvüyəm.

Mən bəzi dövlət məmurları kimi cinayətkarlıq, rüşvətxorluq etməklə xalqı aldatmaqla dövlət vezifesini ele keçirmek, 2 aydan sonra Jeep sürmek, villalar tikmek üçün, balalarını xaricde oxutmaq üçün YAP partiyasının üzvü olmamışam.

İlk YAP partiyasının özəklerinden birini de Zaqatala da menim rehbetlik etdiyim, 600 nefere yaxın işçisi olan “Mağara” kəndli (fermer) teserrüfatının tütün fermentasiya zavodunda yaradılıb. Bəzi rüşvətxor məmurlar meni ləkələməklə iş bitmiş hesab olunmur. Dünyanın heç bir mekanın da heç bir Allah bəndəsinin artıq pulu olmur. Mənim bu sözlərim bütün dünyada təkrarlanır. Mənim həyatım barədə xalqınarxivində çox dəqiqliklə, çox gözəl qeydlər, materiallar vardır. Hətta Amerika yazıçısı Kreys Copitas özünün ” Palit bro ayı ovunda” kitabının 8-ci fəslini mənim heyatımdan yazmışdır. Mənim gördüyüm bütün işlər xalqımızın göz qabağındadır. Gələcək nəsil mənim heyatıma namusla, qeyrətlə düşünərək qiymet verəcəklər. Mənim çox böyük əslim-nəslim var. Onu yer üzəndən silmək, hər günortadan sonra gün görənin hünəri deyil. Məni bütün dünya tanıyır. Dünyanın hər yerində söz deməyə hünərim var. Mən arxadan zərbə vuranlardan deyiləm.

Çox xahiş edirəm bir Azərbaycan vətəndaşı kimi dünya jurnalistika aləminə müraciət etmək istəyirəm. Gəlsinlər Zaqatalaya halal yeməklə, yatmaq yeri ilə təmin edəcəyəm. Televizorlardan müxtəlif yalan doğru xəbərlər yaymaqla kifayətlənməsinlər.

Əsl həqiqətdən yazsınlar. Məmur cinayətlərindən , gözlə gördüklərindən, faktlardan yazsınlar. Zaqatala rayonunda meşə təsərrüfatında olan oğurluqdan şox çətin şəraitdə yaşayan əhalinin bir maşın odunu kimin tapşırığı ilə 150-250 manata meşə bəyləri 15 ildir satırlar.

Halbuki Zaqatala meşə idarəsinin mühasibatında tam başqa qiymətdir. Zaqatala da meşə odunu ilə nə qədər əhali təmin olunur, nə qədər əhalidən 15 ildə nə qədər pul mənimsənilir. Dövlət məmurunun cinayəti cinayət deyilmi?

Mən dəvət edirəm. Allahdan qorxan, bəndədən qorxmayan dünya jurnalistlərini həqiqeti yazanlar, yazdıqları ilə dövləti, xalqı müdafiə edə bilsinler.

Yazdıqları ilı dövlətin və xalqın rəğbətini qazanan jurnalistləri dəvət edirəm. Yazdıqları ilı dövlət məmurlarından harınlanan jurnalistləri YOX!!!

O jurnalistləri ki, yazdıqları aşkar etdikleri cinayetkar memurları barədə cinayət işi qaldırmağa nail olsunlar. Onların yazdıqları yazılar fakt olsun. Faktları sübut etsinler. Zibil yeşiyinə atılan kağız olmasın. Görmək istəyirəm vətənimizdə və dünyada belə jurnalistika aləmi varmış.

Əgər tapılsa gələcək nəslin ölkəmizdə xoşbəxt yaşamasına zəmanət vardır. Bura da qaçaq Nəbi filmindən bir an yadıma düşdü. Həcər Nəbini azad edərkən Nəbi ucadan deyir ” Dustaqların hamısını buraxın, oğrulardan başqa” her yerdə belə an yaddan çıxmır. Jurnalistlərin də yaddan çıxmayan anları olsa dünya şöhrətli olarlar. Dövlətimiz güclü, xalqımız xoşbəxt, sahibkarlar azad olarlar.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button