2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Maaş artımına nə almaq olar – CƏDVƏL

Həkimə 1 kq yağ, pensiyaçıya 839 qram ət, tələbəyə 1 kq sosiska, məcbur köşkünə 9 ədəd çörək…

24saat.org xəbər verir ki, iqtiadçı ekspert Qubad İbadoğlu Azərbaycanda maaş artımı ilə bağlı cədvəl hazırlayıb. “Seçki öncəsi 10 faiz artımlardan sonra müxtəlif əhali qrupları üzrə maaş, pensiya, təqaüd və digər sosial ödənişlər üzrə əlavənin alıcılıq qabiliyyətini tərtib etdiyim cədvəl vasitəsilə sizə təqdim olunur. Diqqət etsəniz, görəcəksiniz ki, 100 milyard dollara qədər neft pulunu xərcləyən “səxavətli hökumət”, “humanist prezident” seçkidən seçkiyə büdcədən məvacib alanlara necə dəyərləndirir.
Yeri gəlmişkən onu da qeyd edim ki, MDB Statistika Komitəsinin məlumatına görə, ötən il orta aylıq nominal əmək haqqı Ukraynada 37,1 faiz, Tacikistanda 20,8 faiz, Belarusda 12,6 faiz, Moldovada 11,9 faiz, Rusiyada 7,2 faiz, Qırğızıstanda 6,7 faiz, Azərbaycanda isə 5,7 faiz artıb” – deyə iqtisadçı bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button