Bizim tərcümə

Macarıstan Aİ-nin Ukraynaya verdiyi 18 milyard avroluq dəstək paketinə veto qoyur

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-06 22:37:37

Avropa İttifaqına üzv 27 ölkənin maliyyə nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib. İclasda Macarıstana ayrılan 7,5 milyard avroluq AB birlik fondunun dondurulması, Macarıstanın 5,8 milyard avro dəyərində Covid-19 bərpa fondu və gələn il üçün Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketi kimi məsələlər müzakirə edilib.

İclasda Macarıstanın maliyyə naziri Mihaly Varga, “Macarıstan maliyyə tənzimlənməsinin dəyişdirilməsinin tərəfdarı deyil” deyərək, AB-nin Ukraynaya dəstək paketinə veto qoyub. Macarıstanın vetosunda heç bir irəliləyiş əldə edə bilməyən AB-nin maliyyə nazirləri korporativ vergi islahatı ilə bağlı beynəlxalq səviyyədə dəstəklənən saziş də daxil olmaqla üç əsas səsverməni təxirə salmaq qərarına gəliblər.

Saytların yığılması Saytlarin yigilmasi

İclasdan sonra verdiyi açıqlamada, AB-nin Dövriyyə Başçısı Çexiya Maliyyə Naziri Zbynek Stanjura, Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketinin təsdiqlənmədiyini ifadə edərək, “Biz ruhdan düşmürük. Hədəfimiz Ukraynaya yardım ödənişlərinə başlamaqdır. AB İqtisadi və Maliyyə “İşlər Şurasına blokun 26 üzv dövlətinin hamısının dəstəkləyəcəyi alternativ həll yollarını araşdırmaq vəzifəsini verəcəyəm” dedi.

Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis, iclasdan sonra verdiyi açıqlamada, adını çəkmədən, “Bir ölkə maliyyə paketinə bu və ya digər şəkildə veto qoydu, biz yardımı çatdırmalıyıq və bunu edəcəyik” dedi. Ukraynaya dəstək lazım olduğunu vurğulayan Dombrovskis, “Ukrayna müharibə vəziyyətində olan bir ölkədir, onun bizim dəstəyimizə çox ehtiyacı var və biz üzv dövlətin AB-nin bu maliyyə dəstəyini gecikdirməsinə və yolundan çıxmasına icazə verə bilmərik” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button