Sosial
Magistral kəmərdə qəza: Bakının bir hissəsində su olmayacaq
Magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə içməli suyun verilişində sutka ərzində fasilə olacaq.
24saat.org xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, fasilə Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə və Xocalı küçələrində olacaq.