2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Magistratura və rezidenturaya imtahanlar keçirilir

Aprelin 9-u ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına və rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, magistratura səviyyəsinə qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 39 imtahan mərkəzində aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

İmtahanda iştirak etməkdən ötrü 13081 bakalavr ərizə təqdim edib. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verir. Bakalavrlardan 7281 nəfəri bu ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.

Prosesə 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunub.

Rezidenturaya qəbul imtahanı isə Bakı və Naxçıvan şəhərlərində keçirilir. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib.

Bu prosesə isə14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.

Bu ildən Azərbaycanda bir sıra qəbul imtahanları pulludur. Qiymətlər 10 manatdan 100 manata kimi dəyişir.

Bu magistraturaları qəbul imtahanlarının I mərhələsində 50, rezidenturaya isə 60 manatdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button