Makkeyn: Putin bizim üçün ən böyük sınaqdır
ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn deyib ki, onun fikrincə, 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərmiş Rusiya hökumətinə rəhbərlik edən prezident Putin Birləşmiş Ştatlar üçün İŞİD-dan daha böyük sınaqdır.
Senator “İŞİD-in törətdiklərini dəhşətli” adlandırıb və bölgədə baş verənlərlə bağlı narahatlığını ifadə edib.
“Amma demokratiyanın ən ümdə əsasları-Amerika seçkilərinin nəticələrinin dəyişdirilməsinə cəhd edən ruslar olub”, Makkeyn Avstraliyaya səfəri zamanı verdiyi müsahibədə deyib.
“Buna görə də mən Putini… mən rusları bizim üçün ən böyük sınaq hesab edirəm”, senator Makkeyn bildirib.
Senatın Silahlı Qüvvələr komitəsinin sədri olan Makkeyn eyni zamanda, ABŞ administrasiyasını Rusiyanın müdaxiləsinə kifayət qədər reaksiya göstərmədiyinə görə tənqid edib.
“Biz seçkilərdən başlayaraq Vladimir Putinin bizim seçkilərin nəticələrini dəyişdirmək cəhdinə cavab vermək üçün heç bir şey etməmişik”, o bildirib.
Makkeyn bildirib ki, administrasiyada bəzi rəsmilər bunun standart prosedur olduğunu desə də, o belə düşünmür.
“Mən hesab etmirəm ki, bu, Birləşmiş Ştatlar prezidentinin inaqurasiyasından əvvəl hələ vəzifəyə təyin olunmayan kimsə tərəfindən adi bir prosedurdur”, Makkeyn bildirib.
24saat.org
Mənbə – azadliq.info