Xəbərlər

Makron Əliyevə zəng edib

Noyabrın 12-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə İlham Əliyevə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Bundan başqa xəbər də vurğulanır ki, tərəflər Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Həmçinin bildirilir ki, İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib:

“Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.”-xəbərdə deyilir.

Fransa prezidentinin səhifəsində bu telefon danışığı ilə bağlı hələki məlumat verilməyib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Hesablama Palatası AZAL-da nöqsanlar üzə çıxarıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button