2022-12-18 23:28:56
Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun finalında Argentina 3-3 bitən matçın penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək çempion oldu. Dünya Kubokunu uduzan fransız futbolçular böyük kədər yaşayarkən, Lusail stadionunda matçı tribunadan izləyən Fransa prezidenti Emmanuel Makron meydana enərək fransız futbolçulara təsəlli verib. Penaltilər seriyasından sonra Makronun Kilian Mbappeyə təsəlli verdiyi anlar kameralara əks olunub.
Het-trik Mbappe ən çox qol vuran oyunçudur
Argentinaya vurduğu 3 qolla turnirdə qol sayını 8-ə çatdıran Mbappe ardıcıl iki dünya çempionatının finalında oynamağı bacarıb. 23 yaşlı futbolçunun dünya çempionatında ümumi qol sayı 12 olub.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.