2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Makron Paşinyanı Azərbaycanla sərhədlərin demarkasiyası zərurətinə inandıra bilmir

Bakı/04.08.21 Avqustun 3-də Fransa prezidenti Emmanuel Makronun Ermənistan baş naziri Nikol Paşinyanla telefon söhbəti baş tutub.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Makron Paşinyanı baş nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin gərgin olduğunu bildirib, Bakının regionda sabitliyi pozmaq istədiyini qeyd edib. O, həmçinin Azərbaycanda erməni əsirlərə qarşı “saxta” məhkəmə proseslərindən şikayət edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Makron Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının və delimitasiyasının həddindən artıq zəruri olduğunu vurğulayıb. Bu fikirlə razılaşan Ermənistan baş naziri qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli heç bir şəkildə bir-biri ilə kəsişən proseslər deyil. O, sərhəd boyunca KTMT müşahidəçilər missiyasının yerləşdirilməsi və bu mümkün olmadığı təqdirdə alternativ kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müşahidə missiyasının yaradılması təklifini təkrar edib”, deyə məlumatda bildirilir.

Daha sonra Paşinyan qeyd edib ki, regional təşəbbüslər ATƏT-in Minsk Qrupunun həmsədri olan bütün ölkələr tərəfindən təsdiq edildiyi təqdirdə uğurlu ola bilər.

Bu məlumatdan belə bir nəticə çıxarmaq olar ki, rəsmi Yerevan əvvəlki kimi Moskva, Vaşinqton və Parisin Azərbaycanla sərhədin demarkasiyası zərurəti haqqında çağırışlarını qəbul etmir. Səbəb kimi Yerevan Azərbaycanın ərazi bütövlüyünü və deməli, Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etməyin qeyri-mümkün olmasını göstərir. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button