2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Makronla Putin Qarabağdan danışıblar

Avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər Dağlıq Qarabağı da müzakirə ediblər.

“Emmanuel Makronun xahişilə Vladimir Putin onu Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli bəyanatlarının icrası haqda məlumatlandırıb. Qeyd olunub ki, regionda vəziyyət ümumilikdə sabitdir, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının təminatı üçün addımlar atılır. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müxtəlif aspektləri, hər şeydən öncə ATƏT-in Minsk qrupunda birgə işi davam etdirmək niyyətlərini ifadə ediblər”, – məlumatda vurğulanır.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırlatma

Ermənistanın Baş naziri Nikol Paşinyan da bir müddət öncə ölkəsinin danışıqlar prosesində ən yüksək səviyyədə iştiraka hazır olduğunu, konkret təkliflər gözlədiklərini demişdi.

Azərbaycan prezidenti İlham Əliyev də bir müddət öncə ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini açıqlamışdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button