2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Malayziyada fəlakət! Şəxsi təyyarə magistral yolda qəzaya uğradı: 10 ölü

2023-08-17 16:58:07

class=”mediyanet-inline-adv”>

Malayziyanın paytaxtı Kuala-Lumpurda Sultan Əbdüləziz Şah hava limanına enərkən 6-sı sərnişin olmaqla 8 nəfərin olduğu Beehcraft 390 Premier 1 tipli şəxsi təyyarə magistral yolda qəzaya uğrayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Magistral yolda bir motosiklet və nəqliyyat vasitəsinə dəydikdən sonra təyyarə sürətlə düşdü və alov topuna çevrildi. Həmin anlar avtomobilin kameralarına əks olunarkən hadisə yerinə təcili yardım və xilasetmə qrupu göndərilib.

Bildirilib ki, təyyarədə olan 8 nəfər, motosiklet sürücüsü və nəqliyyat vasitəsi sürücüsü olmaqla, ümumilikdə 10 nəfər həyatını itirib.

Malayziyanın Mülki Aviasiya Birliyinin (CAAM) verdiyi açıqlamada, “Subang Hava Trafik İdarəetmə Qülləsi, saat 14.51-də hadisə yerindən tüstü gəldiyini müşahidə etdi, lakin təyyarə tərəfindən heç bir təhlükə çağırışı edilmədiyi” ifadə edildi.

class=”mediyanet-inline-adv”>

Şəxsi təyyarənin Langkawi Beynəlxalq Hava Limanından havaya qalxdığı və yıxılma zamanı qüllə ilə əlaqəsinin kəsildiyi öyrənildi.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button