2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Maltada Azərbaycanla bağlı skandal səngimir

Maltanın baş naziri Cosef Muskat Azərbaycandakı bank hesabından maltalı siyasətçilərə aid olduğu iddia edilən 3 ofşor Panama şirkətinə külli miqdarda pul köçürüldüyünü rəsmi olaraq inkar edib.

Saytların yığılması Saytlarin yigilmasi

Maltaya üç günlük işgüzar səfərə gələn Elmar Məmmədyarovla görüş öncəsi ittihamlarla bağlı “MaltaToday”-in sualına cavab verən Muskat iki dəfə sərt şəkildə “İttihamları rədd edirəm” deyə reaksiya göstərib. Elmar Məmmədyarov Maltaya SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla səyahət edib. SOCAR Maltada mayeləşdirilmiş təbii qaz (LNG) üçün enerji stansiyası tikən konsorsiumun ortaqlarından biridir.

Muskat deyib ki, “lokal tənqidlərə rəğmən” fürsətdən istifadə edərək Maltanın Azərbaycanla güclü ikitərəfli əlaqələrini təsdiq etmək istəyir.

Elmar Məmmədyarov bildirib ki, “Əgər biz tənqid olunuruqsa, bu, işləməyimizin əlamətidir, onlar işləməyənləri tənqid etmirlər.”

Müstəqil bloqqer Dafni Karuana Qalizia söz verib ki, bu həftə Azərbaycanın siyasi həyatında tanınan şəxslərə məxsus şirkətin bank hesabından Malta naziri Konrad Mizzi, baş nazirin adminstrasiya rəhbəri Kif Şembri və üçüncü tərəf olan “Egrant” şirkətinə məxsus ofşor Panama şirkətlərinə böyük miqdarda pul köçürüldüyünə dair sübutlar ortaya qoyacaq.
Karuana Qalizia həmçinin iddia edir ki, sirli “Egrant” şirkətinin kimə məxsus olduğunu tapıb.

Milliyətçi Partiya son günlərdə “Egrant” şirkətinin baş nazir Cosef Muskata aid olduğunu sərt şəkildə eyham edir.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button