Loading...
Loading...
Cəmiyyət

Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant cəzalandırıldı

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı Daxili İşlər Nazirliyində aparılan yoxlama yekunlaşıb. DİN-in Mətbuat Xidmətinin rəisipolis polkovniki Ehsan Zahidov bildirib ki, fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan nazirliyin vəzifəli şəxsi – polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Qeyd edək ki, Manaf Ağayev və onunla birgə olan Füzuliyə səfər edən Sənan Hüseynov 15 sutka həbs edilmişdi.

24 saat” “Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant cəzalandırıldı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button