Dünya

Marsda həyat simulyasiyası – Alimlərin yeni imitasiyası

İsrailin cənubundakı Ramon Krateri ərazisindəki çöllükdə elm adamları Marsdakı bir aylıq yaşayışı simulasiya etmək üçün təcrübə aparmağa başlayıb. Ərazinin Marsa bənzəməsi qırmızı planetdə yaşayışın simulasiyasına imkan verir.

Avstriya Kosmik Forumu, İsrail Kosmik Agentliyi və D-MARS qrupu ilə birlikdə bu təcrübəni həyata keçirir.

Təcrübədə altı şəxs – beş kişi və bir qadın iştirak edir. Onlar Marsda bir ay yaşamağın imkanlarını test edəcək.

AMADEE-20 adlı yaşayış yeri qayalıq uçurumun altında yerləşdirilib. İştiraçılar orada həm yatıb, yemək yeyib və təcrübələr aparacaq.

Səhrada isə kameralar, mikrofonlar yerləşdirilib. İştirakçılar xüsusi tənəffüs sistemi ilə təhciz olunmuş saxta kosmik kostyumlar geyəcək.

“Devizimiz sürətli və ucuz səhvlərə yol verərək sürətli şəkilə öyrənməkdir. Çünki Yer üzündə etdiyimiz hər səhvi ümid edirik ki, Marsda təkrar etməyəcəyik” – deyə, Avstriya Kosmik Forumunun direktoru Gernot Qromer bildirib.

Baxmayaraq ki, NASA Perseverance roveri və Ingenuity dronu vasitəsi ilə Masrda təcrübələr həyata keçirməsi geniş marağa səbəb olub, insanlara keçirilə biləcək təcrübələr üçün on illərlə vaxt lazımdır.

2020-ci ildə keçirilməsi nəzərdə tutulan AMADEE-20 təcrübəsi COVID-19 səbəbi ilə bu il baş tutub.

“Mühit hazırda dünyanın ən mürəkkəb və ən müasir analoji tədqiqat stansiyasıdır” – deyə, Qromer bildirib.

Altı komanda üzvü daimi olaraq kameralarla müşahidə ediləcək. Onların həyat əlamətləri, toplaşmaq üçün ən sevimli yerlərini təhlil etmək üçün içəridəki hərəkətləri izlənəcək. Qromer bütün bunların insan faktorunu daha yaxşı başa düşməyə imkan verəcəyini bildirib.

Sığınacaq yerindən kənarda isə mühəndislər və mütəxəssislər GPS olmayan bir dünyada avtonom naviqasiya və xəritələnməni təkmilləşdirmək üçün pilotsuz təyyarə və roverlərlə işləyəcək.

Mütəxəssislər geologiya da daxil olmaqla, biologiya və tibb kimi 20-dən çox sahə uzrə təcrübələr həyata keçirəcək.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button