2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Masazırda uşaq balkondan yıxıldı: Təcili yardım saatlarla gəlmədi – TƏBİB-ə qarşı ŞOK İDDİA

[

Abşeron rayonunun Masazır qəsəbəsində təcili tibbi yardım balkondan yıxılan uşaq üçün edilən çağırışa gəlməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Nərmin Hüseynzadə yazıb. O qeyd edib ki, təcili yardımı saatlarla gözlədikdən sonra uşağı xəstəxanaya aparıblar.

Saytların yığılması Saytlarin yigilmasi

“Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq yerdə qalıb, ana şokda özünü çırpır. İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi. Düz 1.5 saat uşaq betonun üstündə qanının içində qaldı. 7 dəfə zəng etdim, dedi, gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qol-qıçını bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək.

Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? TƏBİB, o uşaq, o qədər sümük sınığı ilə, bir saat yarım sizi gözlədi. Həyətimizə hərəyə bir dənə təcili yardım maşını alıb qoyaq? Nə edək biz?”, – deyə o yazıb.

Şikayətçi uşağın reanimasiyada olduğunu deyib və bildirib ki, Musa Nağıyev adına xəstəxanada müalicə alır. Uşağın 1+ qana ehtiyacı olduğu bildirilib. “Hemoqlobini çox aşağıdır, hələ əməliyyata götürə bilmirlər”, – deyə o əlavə edib.

N.Hüseynzadə həmçinin iddia edib ki, hadisədən 3-4 saat sonra zəng edən həkim xanım “get, kimə istəyirsən şikayət elə” cavabını verib.

Gununsesi.info yazıda sözügedən qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button