2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Maşını olanların nəzərinə – Avtomobili daha baha satmağın sirri nədir?

Avtomobili yaxşı qiymətə necə satmaq olar? Bu sual yəqin ki, bir çox insanı maraqlandırır. Apardığımız sorğu göstərir ki, əksər insan avtomobili satışa düzgün hazırlaya bilmir. Nəticədə isə avtomobil aşağı qiymətə alınır. Əslində isə bəzi nüanslara diqqət etməklə avtomobilinizi real dəyərinə hətta daha bahalı sata bilərsiz.

Əksər sürücülər də bu şəxslər kimi avtomobilni satarkən onu satışa düzgün hazırlaya bilmirlər. Nəticədə isə avtomobil bazarda ya dəyərindən xeyli aşağı qiymətə satılır, ya da ümumiyyətlə satılmır.

Ekspert Qurban Məmmədov isə deyir ki, avtomobilini satan şəxs bəzi nüanslara əməl etməklə onu real qiymətinə sata bilər. ilk öncə mütləq avtomobil satışa çıxarılmadan əvvəl yuyulmalıdır. Həmçinin işləməyən bəzi xırda detalların dəyişdirilməsi və sızıntıların aradan qaldırılması da avtomobilin yaxşı qiymətə satılmasına kömək edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, avtomobilin üzərində olan cızıqlar da satışdan öncə aradan qaldırılsa yaxşı olar. Əks halda bu avtomobilin qiymətinin xeyli azalmasına səbəb bilər.

Qurban Məmmədov deyir ki, avtomobilin şinlərinin köhnə olması da qiymətə mənfi təsir edən amillərdəndir.

Xezerxeber.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button