2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Media reyestrinin formalaşdırılması qaydaları təsdiq edilib

Bazar ertəsi dövlət başçısı 21 dekabr 2021-ci ildə qəbul edilmiş media haqqında qanunun tətbiqi haqqında fərman imzalayıb. Bu sənəddə Media Reyestrinin aparılması qaydaları təsdiq edilib.

Media reyestri Elektron hökumət sistemi vasitəsilə fəaliyyət göstərəcək.

Media reyestri Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Reyestrin təhlükəsizliyini Dövlət Rabitə və İnformasiyanın təhlükəsizliyi Xidməti həyata keçirəcək.

Reyestrdə media subyektləri, redaksiyalar və jurnalistlərin özləri haqqında məlumatlar əksini tapacaq.

Xüsusən, fiziki şəxs olan media subyektinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, VÖEN-i, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, əlaqə məlumatları; hüquqi şəxs olan media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları qeyd ediləcək.

Eyni zamanda, dövlət qeydiyyatı olmayan, loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olan şəxslər reyestrə daxil edilməyəcək.

Fiziki şəxs fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda, ali təhsili olmadıqda, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə, media subyekti ilə əmək müqaviləsi olmadıqda, Reyestrə daxil edilməmiş media subyektində işlədikdə, jurnalistika sahəsi üzrə iş stajı 3 ildən az olduqda, jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası qaydalarına riayət etmədikdə jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur.

Reyestrə daxil edilmiş hüquqi və fiziki şəxslərə şəhadətnamə və jurnalist vəsiqəsi verilir (üç illik).

https://president.az/az/articles/view/57375

24 saat” “Media reyestrinin formalaşdırılması qaydaları təsdiq edilib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button