Bizim tərcümə

Medvedev: Almaniyanın Putini həbs etməsi Rusiyaya müharibə elanı olardı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-23 16:10:28

class=”medianet-inline-adv”>

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibə verib. Medvedev Almaniyanın ədliyyə naziri Marko Buşmanın BCM-nin qəbul etdiyi qərar çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Almaniyaya gələcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı açıqlamasını dəyərləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Medvedev deyib: “Təsəvvür edək, açığı, bu, heç vaxt baş verməyəcək bir vəziyyətdir, amma təsəvvür edək ki, hər halda baş verir. Nüvə dövlətinin başçısı (Putin) Almaniyaya getdi və həbs olundu. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elanı olardı. Bu halda bizim bütün raketlərimiz Bundestaq (Almaniya Federal Məclisi) və kanslerin (Almaniya Baş naziri Olaf Şolz) ofisinə uçacaq.

Böyük Britaniyanın Ukraynaya tükənmiş uran tərkibli sursatlar göndərmək planına toxunan Medvedev, “Ukraynaya hər gün xarici silahların çatdırılması nüvə apokalipsisini daha da yaxınlaşdırır” deyib.

Digər tərəfdən, ötən cümə günü BCM uşaqları Ukraynadan qeyri-qanuni deportasiya etməkdə ittiham etdiyi Putinin həbsinə order verib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button