Meksika Milli Qvardiyasının verdiyi açıqlamaya görə, Queretaro şəhərinin hava limanında rentgen aparatından keçən karton qutuda qəribə formalar aşkar edildikdən sonra nəzarət-buraxılış məntəqəsinə mühafizəçilər çağırılıb. Mühafizəçilər qutunu açanda alüminium folqa ilə bükülmüş 4 insan kəlləsi tapıblar.
Bildirilib ki, qutu ABŞ-ın Cənubi Karolina ştatındakı ünvana göndərilmək üçün Miçoakan ştatının Apatzinqan şəhərindən hava limanına gətirilib.
Kəllələrin necə əldə edildiyindən və ya tibbi tədqiqat məqsədləri üçün olub-olmamasından asılı olmayaraq, daşınma Meksika qanunlarını poza bilər.
Digər tərəfdən, Viaqras narkotik karteli uzun müddətdir ki, ölkədə ən şiddətli hərəkətlərin yaşandığı əyalətlərdən biri olan Miçoakan əyalətinin Apatzinqan şəhərinə nəzarət edir. (AA)
Tərcümə“24 SAAT”