“Metropark”da polis əməliyyatı; ticarət və əyləncə mərkəzi boşaldıldı
Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metropark” ticarət və əyləncə mərkəzində hazırda polis əməliyyat keçirib. “Azadliq.info”ya daxil olan məlumata görə, əməliyyat iki saata yaxın davam edib.
Mərkəzdə olan bütün mağaza və əyləncə məkanları qapadılıb, adamlar çıxarılıb. Bina polislərlə əhatələnib.
Əməliyyatın keçirilmə səbəblərinə gəlincə, dəqiq məlumat yoxdur. Amma mühafizəçilərdən birinin “Azadliq.info”ya verdiyi məlumata görə, hüquq-mühafizə orqanları “Metropark”da baş vermiş cinayətlə bağlı araşdırma aparır. Amma söhbətin konkret hansı cinayətdən getdiyi bəlli deyil.
Başqa bir məlumatda isə bildirilir ki, hüquq-mühafizə orqanlarına ticarət mərkəzinə bomba qoyulması haqda xəbər daxil olub. Həmin xəbər əsasında da orada axtarış aparılır.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info