2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Metyu Miller: “Biz Ukraynanın bu müharibəni udmasını istəyirik”

Vaşinqton/14.12.23/Turan: Çərşənbə günü Birləşmiş Ştatlar Ukraynanın Rusiya təcavüzünə qarşı qələbəsini təmin etməyə sadiq olduğunu təsdiq edib.

“… Biz Ukraynanın bu müharibəni udmasını istəyirik və məhz buna görə hesab edirik ki, ABŞ Konqresinin Ukraynaya təhlükəsizlik sahəsində bizim istədiyimiz dəstəyi verməsi çox vacibdir ki, o, bu müharibəni uda bilsin”, deyə Dövlət Departamentinin nümayəndəsi brifinqdə Turan-ın sualına cavabda bildirib.

Millerin şərhləri ABŞ Konqresində büdcə mübahisələri ilə əlaqədar Qərbin birliyi və öhdəlikləri ilə bağlı artan suallar fonunda səslənib.

Saytların yığılması Saytlarin yigilmasi

Avropada Aİ və Ukrayna arasında danışıqların başlamasına mane olan Macarıstan problem yaradır.

Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyi haqqında suala cavabda Miller deyib ki, ABŞ və Aİ Ukraynanı qətiyyətlə dəstəkləyir. “Hesab edirik ki, hazırda bu dəstəyi gücləndirməyin vaxtı çatıb. Bu, milli təhlükəsizliyimiz və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”.

“Biz Aİ-nin Ukraynaya maliyyə dəstəyi verilməsi üzrə daimi səylərini yüksək qiymətləndiririk və ümid edirik ki, Aİ 2024-cü il və növbəti dövr üçün maliyyə vəsaiti ayrılması haqqında tez razılıq əldə edə biləcək”, deyə o qeyd edib. 0

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button