SEÇMƏ

MeyArt – “Əlilliyi olan şəxs gözəllik yarışmasında”filmi festivalda yarışır

Yayımlandı: 13 Noyabr 2022 21:47

Bakıda 13-cü Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb. Noyabrın 11-də “Nizami” Kino Teatrında festivalın açılış mərasimi baş tutub. Festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib. Ən yaxşı tələbə filmi nominasiyası üzrə yarışan rejissor Kamal Müşfiq ərsəyə gətirdiyi filmlə öz hekayəsini danışıb. Bir avtomobil qəzası ilə idman karyerasını bitirməli olan Kamal özünü incəsənətdə sınamaq qərarına gəlir. Öz maliyyəsi ilə ərsəyə gətirdiyi “Motivator” filmlində əlilliyi olan şəxslə əlilliyi olmayanların gözəllik yarışmasında mübarizəsindən bəhs edir.

Maliyyə naziri Samir Şərifov 2023-cü ilin büdcəsində nəzərdə tutulan kinoya və teatra pul ayrılmasından danışıb. Milli Məclisdə çıxışı zamanı nazir deyib ki, yeni filmlərin çəkilməsi, yeni teatr tamaşalarının qurulması üçün vəsait ayrılacaq. Ancaq nazir mədəniyyət sahəsinə ayrılan vəsaitin necə xərclənməyi ilə bağlı da eyham vurmağı unutmayıb. O deyib ki, maliyyənin istifadəsinə nəzarət gücləndirilməlidir. Samir Şərifov həmçinin filmlərin Türkiyə vasitəsilə “Netflix” və digər platformalarda daha geniş yayımlanması təkliflərinin olduğunu da vurğulayıb.

Rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi Korkut Ata Film Festivalında “Ən yaxşı rejissor” mükafatının qalibi olub. Film ikinci Qarabağ müharibəsindən bəhs edir. Festivalda ümumilikdə 13 ölkədən 42 film iştirak edib. Mərasimdə mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə Şuşada keçiriləcəyi elan edilib.

Deputatqar İskəndərov kino sahəsini tənqid edib. O deyib ki, hazırda çəkilən filmlərə elə özümüz baxırıq. Azərbaycanın Qarabağda əldə etdiyi qələbə ilə bağlı “Hollywood” səviyyəsində, böyük büdcəsi olan film çəkmək lazımdır.

“Qarabağı hazırda bərpa edirik, həmin təbii mənzərə sonra alınmayacaq. Dünya səviyyəsinə çıxmaq üçün bu, çox vacibdir. Ermənilər bununla bağlı bir neçə film çəkiblər və “Hollywood” səviyyəsində bu filmləri göstərirlər”, – deyə deputat bildirib.

İranlı aktrisa Təranə Əlidusti ölkədəki etiraz aksiyalarına dəstək olaraq hicabsız fotosunu yayımlayıb.

Aktrisa üzərində kürd dilində “Qadın, həyat, azadlıq” yazısı olan pankart qaldırdığı fotosunu “İnstagram” səhifəsində yerləşdirib.

2022-ci il sentyabrın 13-də İranda əxlaq polisinin guya hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Amini üç gün sonra xəstəxanada vəfat edib.

Aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 300-dən çox adamın ölümü, 15 minə yaxın adamın həbsi ilə nəticələndiyi bildirilir.

Təranə Əlidusti daha öncə İranda küçədə hicab taxmayan bir qadına hücum edən əxlaq polisinin videosunu paylaşdığına görə 5 aylıq həbs cəzasına məhkum edilib. 

Gözdən qaçırmayın:  “Göyçay Mərkəzi Xəstəxanasında xəstəni öldürüb, sonra diaqnoz qoyurlar”

“Daily Mail” nəşri yazır ki, 2017-ci ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatını qazanmış “Satıcı” filmində rol alan 38 yaşlı aktrisa bu dəfə də eyni aqibətlə üzləşə bilər.

Dünya mətbuatı aktrisanı “İranın Natali Portmanı” adlandırır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button