SEÇMƏ

MeyArt – Ərdoğan Ahmet Kayanın qəbrinin Türkiyəyə köçürülməsini təklif edib

Yayımlandı: 20 Noyabr 2022 15:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum müğənni Ahmet Kayanın Fransanın paytaxtı Parisdə yerləşən məzarının Türkiyəyə köçürülməsini istədiklərini bildirib. Ərdoğan bununla bağlı 21 il öncə Fransada vəfat edən sənətçinin ailəsinə müraciət edildiyini, lakin müsbət cavab almadıqlarını deyib.

“Ailə istəyərsə biz addım atarıq. Ahmet Kaya bu torpaqların insanıdır”, deyə Ərdoğan vurğulayıb.

Türkiyə mətbuatı yazır ki, Ərdoğan bənzər açıqlamanı 2019-cu il seçki öncəsində də etmişdi. Qeyd edək ki, gələn il Türkiyədə prezident seçkiləri keçiriləcək. Ərdoğanın Ahmet Kaya ilə bağlı hər iki açıqlamanı seçkilər öncəsi etməsi diqqət çəkib.                                                                                                                                                                                                                                                            Ölkə başçısı İlham Əliyev Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Qeyd olunub ki, Kino Agentliyinin nizamnamə fondu 100 000 (yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentliyin qarşısına bir sıra vəzifələr qoyulub:

kino sənayesinin sərmayə cəlbediciliyinin artırılması məqsədilə tədbirlər görmək; 

Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası ilə bağlı tədbirlər görmək;

dövlət sifarişi və dəstəyi əsasında çəkilən filmlərin istehsalı prosesinə, nümayişinə, təbliğinə və beynəlxalq kinofestivallarda iştirakına dəstək göstərmək. Və bu kimi digər öhdəliklər tapşırılıb.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Ötən buraxılışlarımızda bəhs etdiyimiz “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə mükafatların verilməməsi ilə bağlı iddialara Mədəniyyət Nazirliyi münasibət bildirib. Nazirlik yerli mediaya açıqlamasında dəqiq tarix bildirməsə də, mükafatların yaxın zamanda sahiblərinə təqdim olunacağını bildirib. 

Gözdən qaçırmayın:  “Azərtac”ın sədri vəzifəsindən azad edilib

Mədəniyyət Nazirliyi 2021-ci ilin sonlarında büdcəsi 300 min manat olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi elan etmişdi. Üzərindən 8 ay keçsə də, layihələrə ayrılan pullar hələ də sahiblərinə çatmayıb.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub. Müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Ancaq 13-cü Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərinə pul mükafatı verilməyib. Pul mükafatının məbləği 5 min manatdır. Festivalın təsisçisi və rəhbəri Fehruz Şamıyev bunu maliyyə problemləri ilə əlaqələndirib:

“Festivalın təsisçisi Gənc Kinematoqrafçılar Mərkəzidir. Biz hər il öz büdcəmizdən – müxtəlif layihələrdən qazandığımız pullardan və yaxud da kommersiya işlərindən festivala 5 min manat pul mükafatı təyin edirdik. Bu il isə büdcəmiz imkan vermədi ki, festivalda pul mükafatı elan edək”.

Rejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) bədii-sənədli filmi 95-ci Amerika İncəsənət və Elmlər Akademiyasının “Oskar” mükafatına namizədlərin uzun siyahısına daxil edilib. Film Azərbaycan memarlıq sənətinin iki görkəmli nümayəndəsi Sadıx Dadaşov və Mikayıl Hüseynovun xatirəsinə həsr edilib. 

Film Azərbaycan Mədəniyyət Nazirliyi və “Salnamə” kinostudiyasının sifarişi ilə 2020-ci ildə çəkilib.

Qeyd edək ki, 95-ci “Oskar” mükafatlandırma mərasiminin 12 mart 2023-cü ildə Los-Ancelesdəki Dolby Teatrında keçirilməsi planlaşdırılır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button