2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Meyxanaçı qətldə şübhəli bilinir

Yayımlandı: 9 Noyabr 2022 11:02

Rəşad Dağlının hadisədən sonra polisə təslim olduğu deyilir

Meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov bıçaqla qətl törətməkdə şübhəli bilinir. Onun 43 yaşıl İsgəndər Mehdiyevi qətlə yetirdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə noyabrın 8-dən 9-na keçən gecə baş verib.

İddia olunur ki, hadisənin başvermə səbəbi İsgəndər Mehdiyevin Rəşad Dağlını təhqir etməsi olub. Öncə onların arasında mübahisə telefonda başlayıb. Zəng eləyən isə İsgəndər Mehdiyev olub.

Telefonda deyilənlərə görə meyxanaçı onun yaşadığı yerə gedib və nəticədə hadisə yaşanıb.

38 yaşlı Rəşad Əmirovun hadisədən sonra gedib polisə təslim olduğu deyilir.

Yayılan məlumata görə, qətlə yetirilən şəxs başqa bir meyxanaçı Ələkbər Yasamallının qohumudur.
Rəşad Dağlının saxlanmasını Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Qaradağ Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button