2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Mikayıl Cabbarovun bir vəzifəsi də artdı

Cabbarov dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağında təşkilatın sədri seçilib

Dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağının növbədənkənar iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Federasiyadan verilən məlumata görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Bildirildiyinə görə, tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov da iştirak edib.

Məlumatda qeyd edilir ki, mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabat təqdim edib:

“Daha sonra səsvermə yolu ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.”

Mikayıl Cabbarova qədər bu federasiyanın prezident əvəzi Namiq Əliyev idi.

renderExternalContent(“//www.azadliq.org/embed/player/0/31463738.html?type=video&pangeaEmbed=true”, “//www.azadliq.org/media/video/31463738.html?type=video”)

Cabbarov həmçinin Azərbaycanda İqtisadiyyat naziri vəzifəsini tutur. Bu post da onun Tarif Şurasına rəhbərlik etməsinə imkan yaradır. O habelə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının üzvü, Dövlət Neft Şirkəti (SOCAR) Müşahidə Şurasının sədridir.

İqtisadiyyat Nazirliyinə də Dövlət Vergilər və Dövlət Əmlak xidmətləri də daxildir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button