2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Məclisdə ermənilərlə bağlı -İlginc təklif…

“Ermənistan zaman-zaman ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq biz səngərdə dayanan erməni ilə mülki ermənini fərqləndirməliyik. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik”.

Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünki iclasında deputat Zahid Oruc bir müddət əvvəl Bakıya gəlib Şəhidlər Xiyabanını ziyarət etmək istəyən, ancaq hava limanından geri qaytarılan erməni ilə bağlı danışarkən bildirib.

“Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”-deyən Z.Oruc bu məsələlərə həssas yanaşmağın zəruriliyindən danışdı: “Azərbaycana ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına cinayətlərdə iştirak etməyən. Şəhidlər qarşısında üzr istəməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik”-deyə, Z.Oruc əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat ardınca deyib: “Amma bilmək istərdim sabah Azərbaycanın ərazi bütövlüyünə. Konstitusiyasına və qanunlarına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək? Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunalrına və ərazi bütövlüyünü tanıyanlar, münaqişəyəy obyüktiv mövqe bəsləyən ermənilər var. Gərək biz bundan yaralanmalıyıq. Çünki Ermənistan rəhbərliyi Əlikram Hümbətov, Fəxrəddin Abbasov və digrələrindən yararlanırlar. Biz bu yolla erməni cəmiyyətində yeni bir siruasiya yaratmış olarıq. Ona görə də hesab edirəm ki, Azərbaycanən ərazi bütövlüyünü, konstitusiyanı və xalqımıza qarşı cinayətlərdə iştirak etməyən və hadisələr görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik. Əgər Azərbaycan bəyan edibsə ki, biz muxtariyyətə razıyıqsa, biz səngərdə olan əsgərlərə də bunu çatdırmalıyıq”.

Deputat Fəzail Ağamalı isə Rusiya və İranı Ermənistana qarşı təzyiqlərini artırmağa səslədi.

Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button