2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələri davam etdirilir

Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bu gün layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Toplantıda deputatlar, hökumət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, Milli Məclisdə büdcə müzakirələri noyabrın 2-də başlayıb.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button