2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Şurası “Toplum tv-nin ofisinin qapadılmasına və kütləvi həbslərə etiraz edir

Demokratik qüvvələrin  Milli Şurası “Toplum tv-nin zorakılıqla qapadılmasına və kütləvi sifarişli həbslərə bağlı etiraz bəyanatı ilə çıxış edib.

Səbəddə deyilir: «Son 30 il ərzində ölkədə medianın durumu hər il daha da ağırlaşıb, azad sözün təmsilçiləri davamlı təzyiqlər və təqiblər altında fəaliyyət göstərmək məcburiyyətində qalıb, jurnalistlər şərlənərək həbs olunub, hətta öldürülüb. Ancaq Azərbaycanın müstəqillik tarixinin heç bir dönəmində ölkədə insan hüquqları və demokratiyanın, o cümlədən demokratiyanın təməl prinsipi olan söz azadlığının durumu bugünkü qədər ağır və fəlakətli olmayıb. Ötən aylar ərzində “Abzas Media”-ya qarşı həyata keçirilən kütləvi repressiyalar son günlər “Toplum TV” internet televiziyasının kollektivinə qarşı eyni qəddarlıqla təkrarlandı. Bu dəfə hədəfdə təkcə peşəkar jurnalistlər deyil, siyasi və vətəndaş cəmiyyəti fəalları da var. 6 mart 2024-cü il tarixində başladılan repressiya dalğası hələlik “Toplum TV”-nin təsisçisi, tanınmış hüquqşünas Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının qurucu idarə heyəti üzvü Ruslan İzzətli, “ToplumTV”-nin əməkdaşları Müşfiq Cabbar, Fərid İsmayılov və Elmir Abbasov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əhmədova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılılması ilə sonuclanıb. Fərid İsmayılov və Elmir Abbasov barəsində ev dustaqlığı, digərlərilə bağlı dörd ay azadlıqdan məhrumetmə şəklində həbs qətimkan tədbiri seçilib!.

Bu repressiya dalğası “Toplum TV”-nin timsalında Azərbaycanda onsuz da məhv edilmiş media müstəvidə epizodik olaraq mövcud olan son nəfəslikləri qapatmaq, azad sözün son qalıntılarını da cəmiyyət həyatından silmək cəhdidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Toplum TV” əməkdaşlarının saxlanılmasının həmən ardınca bu internet resursunun You Tube kanalının ələ keçirilərək silinməsi repressiya maşının əsas hədəfini ifşa edir: hədəf azad sözdür.

«Milli Şuranın Koordinasiya Mərkəzi olaraq bəyan edirik ki, nə Tofiq Yaqublu və Qubad İbadoğlu kimi böyük nüfuz sahibi olan siyasi liderlərin həbsi, nə “Abzas Media” və “Toplum TV” kimi müstəqil internet resurslarının məhvi, nə də hər gün daha çox vüsət alan, cəmiyyətin siyasilərdən jurnalistlərə, ictimai fəallardan inanclı insanlaradək müxtəlif kəsimlərini əhatə edən repressiyaları rejimə arzusunda olduğu əbədi hakimiyyəti təmin etməyəcək. XXI yüzildə Avropa siyasi və çoğrafi məkanında Şimali Koreya və Türkmənistanın üçüncü əkizini yaratmaq cəhdləri xam xəyaldırЙ», – daha sonra bəyanatda deyilir.

Milli Şura olaraq Azərbaycan xalqını öz milli ləyaqəti və demokratik respublika dəyərləri uğrunda mübarizəyə, beynəlxalq təşkilatları isə repressiyaları dayandırmaq üçün Azərbaycan hakimiyyətinə qəti şəkildə təsir göstərməyə çağırıb.

Martın 6-8-də Azərbaycanda Toplum TV-nin ofisində aparılan axtarışdan sonra 7 jurnalist və fəal həbs edilib, daha ikisi polis nəzarətinə verilib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button