2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Millimiz 1 pillə irəlilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, dünya yığmalarının cədvəlində müəyyən dəyişikliklər baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanvar reytinqi ilə müqayisədə qeydə alınan bu fərqlər Afrika Millətlər Kuboku, həmçinin azsaylı yoldaşlıq oyunlarının nəticələri üzündən yaranıb. Hətta heç bir matça çıxmayan Azərbaycan millisinin də yeri və xal hesabı dəyişib.

Düzdür, yığmamız hesabat dövründə heç bir matça çıxmayıb. Lakin aktivini 386-dan 388-ə yüksəldib. Bu da xorvatiyalı baş məşqçi Robert Prosineçkinin çalışdırdığı yığmamızın 1 pillə irəliləməsi üçün kifayət edib.

Komandamız Afrika Millətlər Kubokunun uğursuzları Toqo, Zambiya və Liviyanı arxada qoya bilib. İndiyədək eyni xala malik toqolular da, liviyalılar da xeyli xal itiriblər.

Millimiz və “qonşular”ı
85 (85). Qətər – 418
86 (81). Çin – 404
87 (108). Qabon – 392
87 (87). Keniya – 392
89 (90). Azərbaycan – 388
90 (92). Antiqua və Barbuda – 370
91 (88). Zambiya – 368
92 (89). Liviya – 366
93 (96). Suriya – 357
94 (96). Syerra-Leone – 355
95 (95). Boliviya – 354

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə cüzi dəyişiklik olub. Fransa 6-cı pilləni Kolumbiyadan alıb.

İlk “onluq”
1 (1). Argentina – 1635
2 (2). Braziliya – 1529
3 (3). Almaniya – 1433
4 (4). Çili – 1386
5 (5). Belçika – 1371
6 (7). Fransa – 1313
7 (6). Kolumbiya – 1304
8 (8). Portuqaliya – 1240
9 (9). Uruqvay – 1195
10 (10). İspaniya – 1168

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marino mövqeyini qoruyub. Şimali İrlandiya və Çexiya geriləməyə üzülüb. Norveç isə irəliləyişə sevinib. Növbəti yoxlama oyunundakı rəqibimiz Qətər 85-ci pillədə qalıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1433
35 (32). Şimali İrlandiya – 772
46 (43). Çexiya – 669
81 (84). Norveç – 426
202 (202). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 857 xal var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button