2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Milyarder oğlunun müasir “Zoluşka”sı – FOTOLAR

Rusiyalı model Natalya Vodyanova milyarder sevgilisi Antuana Arnoya olan sevgisindən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sevgililər Günündə bir çox ulduz öz pərəstişkarlarını və sevdiyi insanları dünənki bayram münasibətilə sosial şəbəkədə təbrik edib. Rusiyalı model Nataliya Vodyanova da instaqramda nişanlısına olan dərin incə hissələrini etiraf edib:

“Mən uzun illər jurnallarda, kinolarda, dostların arasında, qaranlıq gecələrdə səni axtarırdım, tapanda isə dəli oldum… Var olduğun üçün çox sağ ol, mənim məhəbbətim. Bunun yuxu olmadığından əmin olmaq üçün hər gün yuxudan duran kimi özümü çimdikləmək istəyirəm. Mənə elə gəlir ki, kitablarda, nağıllarda təsvir edilən sonsuz məhəbbəti real həyatda tapana qədər ona heç kəs inanmır. Və həmin an hər şey dəyişir… Hər kəsə axtardığı ülvi məhbəbbəti tapmağı arzu edirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Natalya Vodyanova və Antuan Arnonun iki oğlu var. Biri 3 yaşında, digəri isə bir yaşındadır. Modelin birinci nikahından isə 16 yaşında oğlu, 10 yaşında qızı və 9 yaşında daha bir oğlu var.

Məlumat üçün bildirək ki, Nataliya model olmazdan əvvəl yoxsulluq içində yaşayıb. Hətta bazarda anası ilə birlikdə meyvə satıb. Təsadüf nəticəsində model agentliyində iş təklifi aldıqdan sonra bütün moda evlərinin qapıları onun üzünə taybatay açılıb. Bu səbəbdən də Nataliyanı tez-tez müasir dövrün ən bəxtəvər “Zoluşka”sı adlandırırlar.

Antuan Arno isə “Louis Vuitton” brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən “Berluti” şirkətinin baş meneceridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğludur. “Forbes” jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Onun 41 milyard dollar sərvəti var.

Aytən

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button