2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosial

“Milyonlarla insanın yeni il süfrəsi açmaq imkanı yoxdur”

Pənah Hüseyn: “Belə olan halda bahalı bayram tədbirləri keçirmək düzgün deyil”

Bakı Şəhər İcra Hakimiyyətinin yeni il münasibəti ilə atəşfəşanlıq keçirməklə bağlı qərar qəbul etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşların bəzisi Xəzərdə baş verən 15 dekabr qəzası, bəzisi isə bütövlükdə ölkədəki iqtisadi durum səbəbi ilə belə bir atəşfəşanlığın keçirilməsinə lüzum görmür. Hətta bəzi siyasilər indiki iqtisadi durumda bu cür atəşfəşanlıq keçirməyi iqtisadi cinayətkarlıq kimi xarakterizə edir.

24saat.org-a açıqlama verən AXP sədri Pənah Hüseyn məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Təbii ki, dekabrın 15-də baş verən qəza hamımızı dərindən sarsıtdı. Allah həmin qəzada həlak olan neftçilərin hamısına rəhmət etsin. Nəzərinizə çatdırıram ki, həmin qəza ilə bağlı rəsmi şəkildə matəm elan edilməyib. Bu baxımdan dünyada milyonlarla insanın qeyd etdiyi yeni ilin ölkəmizdə də qeyd edilməsinə normal bir hal kimi baxıram. Atəşfəşanlığın iqtisadi cinayətkarlıq olması fikrinə gəlincə, unutmaq olmaz ki, istənilən korrupsiya halı cinayət hadisəsidir. Bu, həm atəşfəşanlıq, həm də israfçılıqla bağlı istənilən məsələyə aiddir. Milyonlarla insanın yeni il süfrəsi açmaq imkanı olmadığı bir zamanda göstəri xarakterli bahalı tədbirlərin keçirilməsinə ehtiyac yoxdur”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button