2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mingəçevirdə evində ucadan danışan şəxs həbs edildi

43 yaşlı Mingəçevir sakini Fuad Əliyevin (şərti) öz mənzilində ucadan danışması ona baha başa gəlib. 

Bir neçə gün öncə o, Mingəçevir şəhərində yaşadığı ünvanda ucadan səs-küy salaraq danışıb. İttihama görə, həmin ərazidə xidmətdə olan polis əməkdaşları ona ictimai qaydanı pozduğunu deyərək xəbərdarlıq ediblər. F.Əliyev isə polisin tələblərinə əhəmiyyət verməyib. Bundan sonra o, polis tərəfindən saxlanılaraq barəsində inzibati protokol tərtib olunub.

F.Əliyev izahatında əsəbi olduğu üçün ucadan danışdığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun barəsində tərtib olunan protokola Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Hakimin qənaətinə görə, vətəndaş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində (polisin qanuni tələbinə qəsdən tabe olmama) nəzərdə tutulan xətanı törədib. Məhkəmə Fuad Əliyevə 8 gün müddətinə inzibati həbs cəzası verib.

24 saat” “Mingəçevirdə evində ucadan danışan şəxs həbs edildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button