2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mingəçevirdə yanmış vəziyyətdə tapılmış meyitin kimliyi məlum olub

Mingəçevir şəhərində yanmış vəziyyətdə tapılmış meyitin kimliyi məlum olub. Hadisə 20 Yanvar küçəsi, 18 saylı binanın qarşısındakı 4 mərtəbəli köhnə tikilidə qeydə alınıb.

Belə ki, tibbi ekspertiza rəyi və polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin hansı səbəblərdən baş verdiyi və ölənin kimliyi müəyyən edilib. Məlum olub ki, meyiti aşkarlanan şəxs 20 Yanvar küçəsi, 31 saylı evdə qeydiyyatda olan 57 yaşlı İsmayıl İbişovdur. O, səfil həyatı sürüb. Buna görə həyat yoldaşı və iki övladı ilə münasibətləri soyuq olub.

Saytların yığılması Saytlarin yigilmasi

İ.İbişov daim həmin ünvanda gecələyib. Hadisə baş verən gün isə mənşəyi bəlli olmayan spirtli içki qəbul edib. Nəticədə zəhərlənərək yuxuya dalıb və köməksiz durumda dünyasını dəyişib. İçki içdiyi zaman qaladığı ocağın közü onun üzünü yandırıb.

Qeyd edək ki, araşdırmalar başa çatdıqdan sonra İ. İbişovun meyiti torpağa tapşırılıb.

Report

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button